27 avqust 2026. Cümə axşamı

23 yaşlı forvard 10-cu ola bilər


23 yaşlı forvard 10-cu ola bilər

“Mançester Siti”nin və Argentina millisinin hücumçusu Julian Alvares eyni mövsümdə Çempionlar Liqasını (ÇL) və dünya çempionatını qazanan 10-cu futbolçu ola bilər.


Corner.az xəbər verir ki, onun şərəfini qoruduğu komanda yarımfinalın cavab görüşündə “Real”ı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Qarşılaşmada meydana son dəqiqələrdə əvəzetmədən girən Alvares 90+1-ci dəqiqədə son nöqtəni qoyub. 23 yaşlı forvard ötən ilin sonlarında Argentina millisinin heyətində dünya çempionu olub.

 

Qeyd edək ki, ÇL-in finalı iyunun 10-da İstanbulda keçiriləcək. “Mançester Siti” həmin gün “İnter”lə qarşılaşacaq.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın