23 iyul 2026. Cümə axşamı

PL klubunda 2 futbolçu üçün mövsüm bitdi


PL klubunda 2 futbolçu üçün mövsüm bitdi

“Arsenal”ın iki futbolçusu üçün mövsüm bitib.


Corner.az xəbər verir ki, bu barədə baş məşqçisi Mikel Arteta məlumat verib.

 

O bildirib ki, ukraynalı yarımmüdafiəçi Aleksandr Zinçenko və braziliyalı hücumçu Qabriel Martinelli sıradan çıxıb. Martinelli Premyer Liqanın XXXVI turunun “Brayton”la matçının (0:3) 20-ci dəqiqəsində əvəzlənib, Zinçenko həmin görüşü buraxıb.

 

Çalışdırıcı xüsusən də Martinellinin durumunun ciddi olduğunu söyləyib. O, oyunçuların yay təlim-məşq toplanışına qədər sıraya dönəcəyinə ümid edir.







İngiltərə P.L.

Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi