- İngiltərə P.L.
- 22:16 06.12.2025
"Liverpul"un
hücumçusu Roberto Firmino cari mövsümün sonunda İngiltərə klubunu tərk etmək qərarı
barədə danışıb.
Corner.az
xəbər verir ki, 31 yaşlı hücumçu "mersisaydlılar"da keçirdiyi illərin
onun üçün xüsusi olduğunu deyib:
“Təəssüf
ki, yoluma başqa bir komandada davam etməyin vaxtıdır. Mən burada yaşadığım möhtəşəm
hekayə ilə fəxr edirəm. Bu, tamamilə inanılmaz idi. Biz gələcək nəsillərə böyük
bir miras qoyub gedirik. "Liverpul"da sevilməyim məni çox xoşbəxt
edir. Bu cür güclü futbolçularla birlikdə oynamaq mənim üçün şərəf idi".
Daha əvvəl
"Liverpul" 31 yaşlı braziliyalının müqaviləsini yeniləməyəcəyini
açıqlamışdı.
Qeyd edək
ki, Firmino 2015-ci ildən "Liverpul"da oynayır.