- İngiltərə P.L.
- 22:44 01.02.2026
İngiltərə Premyer Liqasında 37-ci turun oyunları davam edir.
Corner.az xəbər verir ki, daha 4 oyun başa çatıb. "Mançester Yunayted" səfərdə "Bornmut"a 1:0 hesabı ilə qalib gəlib. "Liverpul" doğma meydanda "Aston Villa" ilə heç-heçə edib - 1:1 "Fulhem" - "Kristal Pelas" və "Vulverhempton" - "Everton" matçlarında da qalib müəyyənləşməyib.
Qeyd edək ki, "Mançester Siti" 85 xalla (35 oyun) 1-ci, "Arsenal" 81 xalla (36 oyun) 2-ci, "Nyukasl" 69 xalla (36 oyun) 3-cü pillədə qərarlaşıb.
20 may
"Bornmut" - "Mançester Yunayted" - 0:1
Qol: Kasemiro, 9
"Fulhem" - "Kristal Pelas" - 2:2
Qollar: Edouard, 34 (0:1), Mitroviç, 45+5-pen (1:1), 61 (2:1), Uard, 83 (2:2)
"Liverpul" - "Aston Villa" - 1:1
Qollar: Remzi, 27 (0:1), Firmino, 89 (1:1)
"Vulverhempton" - "Everton" - 1:1
Qol: He-Çan, 34 (1:0), Mina, 90+9 (1:1)