8 noyabr 2026. Bazar günü

Qvardiola'dan tarixi uğur


Qvardiola'dan tarixi uğur
"Arsenal”ın son turda "Nottingem Forest"ə məğlubiyyəti (0:1) “Mançester Siti”nin vaxtından əvvəl İngiltərə çempionu olmasını rəsmiləşdirib.
 
Corner.az xəbər verir ki, bununla da "şəhərlilər" ardıcıl üçüncü liqa çempionluğunu qazanıblar.
 
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə İspaniya, Almaniya və İngiltərədə ardıcıl üç çempionluq qazanan ilk baş məşqçi kimi tarixə düşüb. O, MS-dən əvvəl bunu "Barselona" və "Bayern"də də bacarıb.
 
Ümumilikdə Qvardiola “Mançester Siti” ilə artıq 12 kubok qazanıb. Kataloniyalı mütəxəssis 5 liqa çempionluğu, 4 İngiltərə liqa kuboku, 2 İngiltərə superkuboku və bir ölkə kuboku əldə edib. O, “Barselona”da 14, “Bayern”lə də 7 titul qazanıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”