8 noyabr 2026. Bazar günü

Bu çempionluğu ömrümün sonuna qədər xatırlayacağam


Bu çempionluğu ömrümün sonuna qədər xatırlayacağam
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqa çempionluğu ilə fikirlərini bölüşüb. Corner.az BBC-yə istinadən xəbər verir ki, norveçli forvard arxada qalan mövsümün ömrünün sonuna qədər xatırlayacağını bildirib:
 
“Nə deyəcəyimi bilmirəm. Çox sevincliyəm. Bunlar ömrümün sonuna qədər xatırlayacağım xatirələrdir. Xüsusi hadisədir. Bu gündən həzz alacağam. Möhtəşəmdir. Debüt mövsümü, 36 qol, Premyer Liqa kuboku və qarşıda iki final var. Pis deyil”. 
 
Haland “Siti”yə 2022-ci ildə Dortmund “Borussiya”sından keçib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”