24 iyun 2026. Çərşənbə

“Mançester Siti”nin qələbə seriyası qırıldı


“Mançester Siti”nin qələbə seriyası qırıldı
“Mançester Siti” Premyer Liqada 12 oyundan sonra ilk dəfə qələbə qazana bilməyib.

Corner.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri XXXII turun təxirə salınmış görüşündə “Brayton”la heç-heçə edib (1:1).
 
“Şəhərlilər” fevralın 25-dən bəri keçirdiyi 12 matçın hamısında ardıcıl qələbələr qazanaraq, çempionluğu rəsmiləşdirib. Bütün turnirlərdəki ümumi məğlubiyyətsizlik seriyası isə 25 oyuna çatıb. Komanda bu görüşlərin 20-də qələbə qazanıb, və 5 heç-heçə edib.
 
“Mançester Siti” sonuncu dəfə fevralın 5-də səfərdə “Tottenhem” (0:1) uduzub.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər