6 dekabr 2025. Şənbə

Haaland sabiq hücumçunun nailiyyətini təkrarladı


Haaland sabiq hücumçunun nailiyyətini təkrarladı
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrinin nailiyyətini təkrarladı.

Corner.az xəbər verir ki, norveçli forvard buna Premyer Liqanın XXXII turunda təxirə salınmış "Brayton"la qarşılaşmada yiyələnib.

Heç-heçə ilə başa çatan (1:1) görüşdə məhsuldar ötürmə ilə yadda qalan Holann cari mövsüm 44 qolun (36 qol, 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib. Bu, 38 matçlıq çempionatda rekorddur.

Tyerri Anri 2002/2003 mövsümündə London təmsilçisində 24 qol vurub və 20 məhsuldar ötürmə verib.

Ümumi rekord isə Alan Şişerə məxsusdur. O, 1994/1995 mövsümündə 47 oyunda 34 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.






İngiltərə P.L.

 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə
“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"