8 may 2026. Cümə

Kloppun "Liverpul"u ilk dəfə ÇL-ə vəsiqə qazanmadı


Kloppun "Liverpul"u ilk dəfə ÇL-ə vəsiqə qazanmadı
"Liverpul" qarşıdakı mövsüm Çempionlar Liqasında iştirak etməyəcək.

Corner.az xəbər verir ki, komanda Premyer Liqada mövsümün sonuna bir tur qalmış 66 xalla 5-ci pillədə qərarlaşıb. Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki "Nyukasl"ın 70 xalı var.

2015-2016 mövsümündən sonra mersisaydlılar ilk dəfə qitənin ən nüfuzlu klub turnirində kənarda qalacaqlar.  Eyni zamanda, ilk dəfə olaraq Yurgen Klopp klubdakı tam mövsümündə "Liverpul"u Çempionlar Liqasına çıxara bilməyib. O, 2015/16 mövsümünün ortasında "qırmızılar"a baş məşqçi təyin edilib və "Liverpul" Premyer Liqanı 8-ci yerdə tamamlayıb. Növbəti mövsümlərdə isə "Liverpul" hər il ÇL-də iştirak edib. “Qırmızılar” bu müddətdə üç dəfə Çempionlar Liqasının finalına yüksəlib və bir dəfə turnirin qalibi olub.

Qeyd edək ki, İngiltərə Çempionlar Liqasının növbəti mövsümündə “Mançester Siti”, “Arsenal”, “Nyukasl” və “Mançester Yunayted”lə təmsil olunacaq.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi