6 dekabr 2025. Şənbə

“Liverpul” son 7 ildə ilk dəfə


“Liverpul” son 7 ildə ilk dəfə
İngiltərənin “Liverpul” klubu 2023/2024 mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib.

Corner.az xəbər verir ki, Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan mersisaydlılar 37 turdan sonra 66 xal toplayıb. 
 
“Çelsi”ni məğlub edən “Mançester Yunayted” 72 xalla üçüncü pilləyə yüksəlib. “Nyukasl” daha əvvəl Çempionlar Liqasına vəsiqəni təmin etmişdi - 70 xalı var. 
 
Beləliklə, "Mançester Siti", "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" Premyer Liqadan Çempionlar Liqasında mübarizə aparacaq.
 
Çempionatın bitməsinə bir tur qalmış “Liverpul” beşinci yeri təmin edib. “Brayton” tarixində ilk dəfə Avropa yarışlarında  iştirak edəcək. Premyer Liqanın son turunda Konfrans Liqasına vəsiqə uğrunda "Tottenhem", "Aston Villa" və "Brentford" mübarizə aparacaq.






İngiltərə P.L.

 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə
“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"