İngiltərənin “Mançester Siti” qapıçısı Skott Karsonla müqavilənin müddətini artırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı qolkiper növbəti mövsümün sonuna qədər “şəhərlilər”in uğurları üçün çalışmağa davam edəcək.
Karson 2019-cu ildən “Mançester Siti”də çıxış edir. “Şəhərlilər” onu həmin vaxt “Derbi Kaunti”dən bir illik icarəyə götürmüşdülər. Amma 2020-ci ilin yayında bu icarə müqaviləsinin müddəti daha bir il artırılmışdı. Daha sonra təcrübəli futbolçunun “Derbi Kaunti” ilə müqaviləsinin müddəti bitdiyi üçün o, Mançester klubu ilə azad agent kimi müqavilə bağlamışdı.
İngilis qapıçı geridə qalan mövsümlər ərzində “Mançester Siti”də cəmi 1 rəsmi matça çıxı