7 dekabr 2023. Cümə axşamı

İngiltərə Premyer Liqasında mövsümə yekun vuruldu


İngiltərə Premyer Liqasında mövsümə yekun vuruldu

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu - 38-ci turunun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

İki qolluq “Çelsi” - “Nyukasl” və “Kristal Pelas” - “Nottingem Forest” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 8 qolun qeydə alındığı “Sauthempton” - “Liverpul” matçında da qalib müəyyənləşməyib.

Çempion “Mançester Siti” son turda “Brentford”la ev oyununda məğlubiyyətə üzülüb. İkinci pillədəki “Arsenal” isə “Vulverhempton”a darmadağınla qalib gəlib. “Aston Villa” “Brayton”u, “Everton” “Bornmut”u, “Lester Siti” “Vest Hem”i, “Mançester Yunayted” isə “Fulhem”i məğlub edib. Səfərdə “Lids”in qonağı olan “Tottenhem” son matçda darmadağınla qələbə qazanıb. 

“Mançester Siti” 89 xalla mövsümü zirvədə başa vurub. “Arsenal” 84 xalla gümüş, “Mançester Yunayted” 75 xalla bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, 71 xalla dördüncü olan “Nyukasl” da Çempionlar Liqasına vəsiqə qazanıb. 67 xalla beşinci və 62 xalla altıncı olan “Liverpul”la “Brayton” Avropa Liqasına vəsiqə qazanıblar. 61 xalla yeddinci yeri tutan “Aston Villa” isə Konfrans Liqasında mübarizə aparacaq.

Son üç pilləni tutan “Sauthempton”, “Lids” və “Lester Siti” komandaları isə Premyer Liqanı tərk edib.

İngiltərə Premyer Liqası
38-ci tur
28 may

Arsenal – Vulverhempton 5:0
Qol: Caka, 11; 14. Saka, 27. Q.Jezus, 58. Kivior, 78.

Aston Villa – Brayton 2:1
Qol: D.Luis, 8. Uotkins, 26 – Undav, 38.

Brentford – Mançester Siti 1:0
Qol: Pinnok, 85.

Çelsi – Nyukasl 1:1
Qol: Trippyer, 27-öz qapısına – Qordon, 9.

Kristal Pelas – Nottingem Forest 1:1
Qol: Hages, 66 – Avoniyi, 31.

Everton – Bornmut 1:0
Qol: Dukure, 57.

Lids – Tottenhem 1:4
Qol: Harrison, 67 – Keyn, 2; 69. Porro, 47. L.Moura, 90+5.

Lester Siti – Vest Hem 2:1
Qol: Barnes, 34. Faes, 62 – Fornals, 79.

Mançester Yunayted – Fulhem 2:1
Qol: Sanço, 39. B.Fernandes, 55 – Tete, 19.

Sauthempton – Liverpul 4:4
Qol: Uord-Prauz, 19. Sulemana, 28; 47. Armstronq, 64 – D.Jota, 10; 73. Firmino, 14. Qakpo, 72.




İngiltərə P.L.

Qvardiola karyerasını başa vurur?
  • İngiltərə P.L.
  • 13:36 07.12.2023
Qvardiola karyerasını başa vurur?
89 illik rekordu təkrarlandı
  • İngiltərə P.L.
  • 10:25 07.12.2023
89 illik rekordu təkrarlandı
Harri Maquayr ayın futbolçusu oldu
  • İngiltərə P.L.
  • 10:07 07.12.2023
Harri Maquayr ayın futbolçusu oldu
De Bruyne yaxşıdır, amma Salah ...
  • İngiltərə P.L.
  • 20:50 06.12.2023
De Bruyne yaxşıdır, amma Salah ...
Bir neçə qol vuracam - Palmer
  • İngiltərə P.L.
  • 20:47 06.12.2023
Bir neçə qol vuracam - Palmer
Ona böyük heyranlığı var
  • İngiltərə P.L.
  • 15:30 06.12.2023
Ona böyük heyranlığı var