22 iyul 2026. Çərşənbə

“Mançester Siti”nin rekord qazancı


“Mançester Siti”nin rekord qazancı
“Mançester Siti” bu mövsüm Premyer Liqa çempionluğuna görə təxminən 166 milyon funt sterlinq alacaq.

Corner.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. 

Bu məbləğə yerli və xarici televiziya müqavilələrinin payı, komandanın turnir cədvəlində yekun mövqeyinə görə məbləğ, liqanın kommersiya gəlirindən pay və Böyük Britaniyada canlı televiziyada müntəzəm çıxışlara görə verilən bonuslar daxildir.

166 milyon funt-sterlinq, Premyer Liqa tarixində çempion üçün ən yüksək pul mükafatıdır. Xosep Qvardiolanın komandası ötən mövsüm 153 milyon funt-sterlinq qazanıb.

Xəbərdə o da bildirir ki, liqadakı 20 klub bu mövsümün sonunda ümumilikdə təxminən 2,7 milyard funt sterlinq alacaq.

Xatırladaq ki, Premyer Liqada 2-ci yeri Londonun “Arsenal”ı tutub.






İngiltərə P.L.

Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
  • İngiltərə P.L.
  • 22:53 20.07.2026
İngiltərə futbolunun əfsanəsi vəfat etdi
"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"