8 noyabr 2026. Bazar günü

Keyn Premyer Liqa tarixində ikinci oldu


Keyn Premyer Liqa tarixində ikinci oldu
İngiltərə Premyer Liqasında dünən keçirilən oyunlarla mövsüm başa çatıb.

Corner.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland 36 qolla çempionatın bombardiri olub.

İkinci yerdə 30 qolla “Tottenhem”in forvardı Harri Keyn qərarlaşıb. İngiltərə millisinin üzvü ikinci dəfə bir mövsümdə 30 qol həddinə çatıb. O, Premyer Liqa tarixində bunu bacaran ikinci oyunçudu. 30 yaşlı forvard 2017-18 mövsümündə də bunu reallaşdırıb.

“Nyukasl”ın əvsanəvi futbolçusu Alan Şirer isə 3 dəfə - 1993-94, 1994-95 və 1995-96 mövsümlərində 30 qola çatmaqla rekordu ələ keçirib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”