7 may 2026. Cümə axşamı

Neymar "Mançester Siti"yə keçəcəkmi?


Neymar "Mançester Siti"yə keçəcəkmi?
PSJ-nin futbolçusu Neymarın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Corner.az yerli mediaya istinadən xəbər verir ki, ötən gün "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola braziliyalı hücumçu ilə əlaqə saxlayıb . Mütəxəsis Neymarla oyunçunun əhval-ruhiyyəsi və yay transfer pəncərəsi öncəsi niyyətləri haqda danışıb. Ancaq  futbolçunun"Siti"yə keçmə ehtimalı son dərəcə aşağı olduğu vurğulanıb.

Qeyd edək ki, Neymarın yayın sonunda tam məşqlərə qayıtması gözlənilir və hazırda ayaq biləyinin bağlarından əməliyyatdan sonra sağalmağa davam edir. O, 2022/23 mövsümündə PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.






İngiltərə P.L.