8 noyabr 2026. Bazar günü

Qvardiolanın 34-cü kuboku


Qvardiolanın 34-cü kuboku
İngiltərə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında 34-cü kubokunu qazanıb. Corner.az xəbər verir ki, ispaniyalı çalışdırıcının rəhbərliyi altında "şəhərlilər" finalda "Mançester Yunayted"ə 2:1 hesabı ilə qalib gələrək, İngiltərə kubokunun sahibi olub.
 
52 yaşlı mütəxəssis əvvəllər "Barselona"nı çalışdırarkən 14 kubok, daha sonra "Bavariya"da daha 7 titul qazanıb.
 
O, Premyer Liqa nəhəngi ilə 7 ildə 13-cü kuboka sahib çıxıb.
 
Belə ki, beş dəfə İngiltərə liqasının qalibi olan Qvardiola dörd İngiltərə Liqa Kuboku, iki İngiltərə Super Kuboku və iki İngiltərə Kubokuna yiyələnib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”