25 noyabr 2024. Bazar ertəsi

"Mançester Siti” maliyyə hesabatını açıqladı

"Mançester Siti” 2022-2023 mövsümü üçün maliyyə hesabatını dərc edib.


"Mançester Siti” maliyyə hesabatını açıqladı

"Mançester Siti” 2022-2023 mövsümü üçün maliyyə hesabatını dərc edib.

90deqiqe.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, ardıcıl ikinci il rekord gəlir və mənfəət əldə etdiyi vurğulanıb. Mövsümün ümumi gəliri əvvəlki on iki aya nisbətən 99,8 milyon funt-sterlinq artaraq 712,8 milyon funt-sterlinq olub. Xalis mənfəət - 80,4 milyon (əvvəlki rekord - 41,7 milyon). Hesabat həmçinin reklam, yayım və oyun günlərində güclü artımı göstərir. Qadın komandalarının bütün oyunlarına orta tamaşaçı sayı artıb və abonent satışı üzrə yeni rekord qeydə alınıb. Klubun əsas sosial media hesabları əvvəlki illə müqayisədə 107% çox olan 6,9 milyarddan çox video baxışı qeydə alıb. Televiziya tamaşaçılarının ümumi sayı bütün turnirlər üzrə 786 milyon nəfərə çatıb ki, bu da 2021-2022 mövsümündən 28% çoxdur.

 

Qeyd edək ki, 2022-2023 mövsümü üçün “Mançester Siti” 1,51 milyard avro brend dəyəri ilə ilk dəfə 2023-cü il üçün “Brand Finance Football” 50 reytinqində birinci yeri tutaraq dünyanın ən dəyərli futbol klubu brendi seçilib.







İngiltərə P.L.

“Lester” baş məşqçisiz qalıb
  • İngiltərə P.L.
  • 21:07 24.11.2024
“Lester” baş məşqçisiz qalıb
 “Belə matçlar tez-tez baş vermir"
  • İngiltərə P.L.
  • 20:43 24.11.2024
 “Belə matçlar tez-tez baş vermir"
Ange Postekoqloudan qələbə şərhi
  • İngiltərə P.L.
  • 17:20 24.11.2024
Ange Postekoqloudan qələbə şərhi