8 noyabr 2026. Bazar günü

XXI əsrdə ikinci

“Bornmut”un futbolçusu Castin Klyuvert Premyer Liqada debüt qolunu vurub.


XXI əsrdə ikinci

“Bornmut”un futbolçusu Castin Klyuvert Premyer Liqada debüt qolunu vurub. 90deqiqe.az xəbər verir ki, 24 yaşlı oyunçu səfərdə “Şeffild Yunayted”ə 3:1 hesabı ilə qalib  gəldikləri görüşdə komandasının 2-ci qolunu vurub.

Klyuvert bundan əvvəl “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya”nın heyətində ölkə çempionatlarında qol vurub. Niderlandlı oyunçu bununla XXI əsrdə Avropanın “böyük beşlik” ölkələrinin hamısında qol vurmağı bacaran ikinci futbolçu olub.

Bu uğura ilk imza atan monteneqrolu oyunçu Stevan Yovetiç olub. “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako” və “Herta”da fərqlənməyi bacaran 34 yaşlı forvard hazırda “Olimpiakos”da çıxış edir.

 

Qeyd edək ki, Castin Klyuvert “Bornmut”a yayda “Roma”dan keçib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”