23 oktyabr 2024. Çərşənbə

Biz dünyanın ən yaxşı komandası deyilik


Biz dünyanın ən yaxşı komandası deyilik

“Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 16-cı turunda "Luton Taun"la səfər matçı əvvəlində onları dünyanın ən yaxşı komandası adlandıran həmkarı Rob Edvardsın sözlərinə cavab verib.

90deqiqe.az xəbər verir ki, ispan mütəxəssis həmkarının cavab olaraq hazır dünyanın ən yaxşı komanda olmadıqlarını bildirib: “Düşünürəm ki, klubdakı hər kəs üçün yaxşı olar ki, biz bunu yaşadıq. Məncə, bu lazımdır. Uzun müddət bizim nə qədər yaxşı olduğumuz ortada idi. Dəhşətdir, məğlubedilməz idik və indi heç olmasa bir matçda qalib gələ bilmirik. Bəlkə də yaxşı məşqçi olduğumu sübut etmək üçün ilk növbədə bu cür çağırışlara ehtiyacım var. Bu, futbolçular üçün də yaxşı çağırışdır. İndi biz gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyik. “Luton” öz oyununu çox yaxşı idarə edir. “Arsenal” və “Liverpul” kimi top klublar onu məğlub etmək üçün çox çalışmalı oldular. Bizim üçün heç bir istisna olmayacaq. Bu sözlərə görə təşəkkür edirəm, amma ümid edirəm ki, bunlar bizi zəiflətməyəcək. Hazırda biz dünyanın ən yaxşı komandası deyilik. Çünki nəticə əldə etmirik. Qalib gələndə dünyanın ən yaxşı komandasısan. Qazanmayanda isə böhran yaşayırsan. Bu, mübaliğə ola bilər, amma bu, reallıqdır”.

Qeyd edək ki, “Luton” – “Mançester Siti” matçı dekabrın 10-da Lutondakı “Kenilvort Roud” stadionunda keçiriləcək və Moskva vaxtı ilə saat 17:00-da başlayacaq.







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib