8 noyabr 2026. Bazar günü

Premyer Liqa oyunçusu huşunu itirdi

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.


Premyer Liqa oyunçusu huşunu itirdi

İngiltərə Premyer Liqasının 17-ci turunun "Bornmut" - "Luton Taun" matçı ləğv edilib.

90deqiqe.az xəbər verir ki, buna səbəb görüşün 59-cu dəqiqəsində "Luton Taun"un müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirməsi olub.

29 yaşlı uelsli xərəkdə meydandan çıxarılıb və hakim komandaları soyunub-geyinmə otaqlarına aparmaq qərarına gəlib. Daha sonra Britaniya mətbuatında Lokyerin özünə gəldiyi barədə məlumatlar yayılıb.

Bu, Lokyerlə bağlı ilk belə hadisə deyil. O, may ayında Premyer Liqada “Koventri” ilə oyunda da yıxılmışdı.

Qeyd edək ki, qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”