2 fevral 2026. Bazar ertəsi

"Mançester Yunayted"in uğursuz seriyası 5 ilə yüksəlib

"Mankunianlar" 5 ildirki Liverpul səfərində qol vura bilmir


"Mançester Yunayted"in uğursuz seriyası 5 ilə yüksəlib

İngiltərə Premyer Liqasının 17-ci turunda “Enfild” stadionunda “Liverpul”la “Mançester Yunayted” arasında qeydə alınmış bərabərlik “qırmızı şeytanlar”ın uğursuz qolsuzluq seriyasını davam etdirib.

90deqiqe.az xəbər verir ki, mankunianlar 2018-ci ildən bəri “Enfild”də qol vura bilmirlər.

Sonuncu qol 2018-ci ilin dekabrın 16-da vurulub. “Yunayted”in 3:1 hesabı ilə yenildiyi oyunda qonaqların yeganə qolunu Cessi Linqard vurub. Bu məğlubiyyətdən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqada səfərdə 7 dəfə məğlub olub. 17-ci turdan sonra Erik ten Haqın komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

“Liverpul” cəmi bir dəfə məğlub olub və ikinci yerdə qərarlaşıb. “Mançester Yunayted”lə “Liverpul” arasında cavab oyunu apreldə baş tutacaq.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə