9 may 2026. Şənbə

Premyer Liqa tarixinin ən zəif 10 məşqçisi

Nüfuzlu “FourFourTwo” nəşri İngiltərə Premyer Liqası tarixinin ən zəif məşqçilərinin adlarını açıqlayıb.


Premyer Liqa tarixinin ən zəif 10 məşqçisi

Nüfuzlu “FourFourTwo” nəşri İngiltərə Premyer Liqası tarixinin ən zəif məşqçilərinin adlarını açıqlayıb. 90deqiqe.az xəbər verir ki, siyahıya niderlandlı Frank de Bur başçılıq edir.

Cədvəlin son sırasında isə Ole Qunnar Sulşer yer alıb.

Premyer Liqanın ən zəif 10 məşqçisi:

1. Frank de Bur (“Kristal Pelas”)

2. Natan Cons (“Sauthempton”)

3. Les Rid (“Çarlton”)

4. Xuande Ramos (“Tottenhem”)

5. Brayan Lous (“Bernli”)

6. Billi Devis (“Derbi Kaunti”)

7. Pol Cuell (“Derbi Kaunti”)

8. Terri Konnor (“Vulverhempton”)

9. Stiv Uiqli (“Sauthempton”)

10. Bob Bredli (“Suonsi”)

Bundan başqa, Feliks Maqat (“Fulhem”) 16-cı, Slavişa Yokanoviç (“Fulhem”) 21-ci, sabiq “Qəbələ”li Toni Adams (“Portsmut”) 22-ci, Paolo di Kanio (“Sanderlend”) 23-cü, Frenk Lempard (“Çelsi”, Everton) 26-cı, Luiz Felipe Skolari (“Çelsi”) 30-cu, Ole Qunnar Sulşer (“Mançester Yunayted”) 32-ci sıradadı.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi