17 iyul 2026. Cümə

Salahdan unikal göstərici

İngiltərə Premyer Liqasının XVIII turunda “Arsenal”la keçirilən ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.


Salahdan unikal göstərici

İngiltərə Premyer Liqasının XVIII turunda “Arsenal”la keçirilən ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

90deqiqe.az xəbər verir ki, 31 yaşlı forvard 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənməklə “topçular”ın qapısına vurduğu qolların sayını 10-a çatdırıb. O, Premyer Liqada “Mançester Siti" (11), “Mançester Yunayted” (12) və “Arsenal”la görüşlərdə 10 və daha çox qol vuran yeganə oyunçudu.

Salah eyni zamanda 150 qolla Premyer Liqa tarixinin ən məhsuldar 10-cu futbolçusu olan Maykl Oueni geridə qoyub. Misirli oyunçunun aktivində 151 top var.

Qeyd edək ki, hazırda “Arsenal” 40 xalla birinci, “Liverpul” isə 39 xalla ikinci pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi