17 iyul 2026. Cümə

71 yaşlı milyarder "Mançester Yunayted"in səhmdarı oldu

İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərinin 25%-i “İneos”un sahibi Cim Ratkliffə tərəfindən alınıb.


71 yaşlı milyarder "Mançester Yunayted"in səhmdarı oldu

İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərinin 25%-i “İneos”un sahibi Cim Ratkliffə tərəfindən alınıb.

90deqiqe.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, 71 yaşlı milyarder Britaniyanın “Trawlers Limited” şirkəti klubun “B” sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə “A” sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.

Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları - Qeyd) təşkil edib.

Ratkliff həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq və bunun 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.

“İneos” şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.

Bundan əvvəl “Qırmızı Şeytanlar” yalnız 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi