17 iyul 2026. Cümə

Yeni Zelandiyalıdan bir ilk

"Nottingem Forest"in hücumçusu Kris Vud Premyer Liqanın 19-cu turunda "Nyukasl"la oyunda het-trikə imza atıb.


Yeni Zelandiyalıdan bir ilk

"Nottingem Forest"in hücumçusu Kris Vud Premyer Liqanın 19-cu turunda "Nyukasl"la oyunda het-trikə imza atıb.

90deqiqe.az xəbər verir ki, Yeni Zelandiya millisinin üzvü ötən mövsümə "Nyukasl"da başlayıb və yanvarda "Nottingem Forest"ə icarəyə verilib. Yayda isə birdəfəlik transfer olunub. 

32 yaşlı forvard Premyer Liqada keçmiş komandasına qarşı het-trik edən dördüncü oyunçu olub. Bunu əvvəllər Endi Koul (1999-cu ildə “Nyukasl”a qarşı), Markus Bent (2007-ci ildə “Blekbörn”ə qarşı) və Coş Kinq (2021-ci ildə “Everton”a qarşı) edib.

Vud həm də üç qol vuran yeddinci və Premyer Liqada "Nottingem Forest" üçün het-trik edən ikinci oyunçu olub. Ondan əvvəl yalnız Kevin Kempbell 1996-cı ilin avqustunda buna nail oldu.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi