- İngiltərə P.L.
- 23:44 15.04.2026
“Şeffild Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.
90deqiqe.az xəbər verir ki, sözügedən komanda çempionatın XIX turunda “Luton Taun”la görüşdə iki avtoqola imza atmaqla buna nail olub.
Kris Vilderin komandası 2:1 hesabı ilə öndə olarkən 77-ci dəqiqədə Cek Robinsonun, 81-ci dəqiqədə isə Anis Slimanenin topu öz qapısına göndərməsi nəticəsində meydandan məğlub ayrılıb – 2:3.
Bununla Şeffild təmsilçisi futbolçuları 75-ci dəqiqədən sonra iki avtoqolla yadda qalan ilk klub kimi tarixə düşüb.
Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 9 xalla turnir cədvəlinin 20-ci – sonuncu pilləsində qərarlaşıb.