16 aprel 2026. Cümə axşamı

"Benfika"ya qayıtmaq istəyirəm

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva maraqlı etiraf edib.


"Benfika"ya qayıtmaq istəyirəm

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva maraqlı etiraf edib.

90deqiqe.az xəbər verir ki, 29 yaşlı futbolçu bir gün “Benfika”ya qayıtmaq istədiyini bildirib.

Portuqaliya komandasının transfer rekordunun 44 milyon avro ilə Enzo Fernandesə aid olduğunu xatırladan Silva, kluba daha çox baha başa gələcəyinin vurğulayıb: “Mən bir gün geri qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm. Ona görə də əlbəttə ki, bunu etmək istəyirəm. Amma gəlin görək bundan sonra nə olacaq. Bu barədə hər zaman danışmamalısan. "Benfika"ya qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm, lakin onların belə bir transferə imkanı yoxdur. Real dünyada yaşamalısan. Portuqaliya futbolu maliyyə cəhətdən ingilis, ispan, hətta alman və fransız klubları ilə rəqabət apara bilməz. Əgər mən “Benfika”ya getmək istəsəm, bu, tamamilə qeyri-mümkün olardı,. Çünki “Mançester Siti” mənim üçün çoxlu pul istəyəcək. Son 4-5 ildə dəyərim 50 milyon avronu keçib və Portuqaliya klubu üçün bu, mümkün olmayan məbləğdir. İnsanlar bir az realist olmalıdırlar”.

Silva "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro qiymətləndirir







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”