- İngiltərə P.L.
- 22:44 01.02.2026
"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Maunt məşqlərə başlayıb.
90deqiqe.az xəbər verir ki, bu barədə klubuhn rəsmi saytı məlumat yayıb. Məlumatda, 24 yaşlı futbolçunun bu gün ay yarımdan sonra qazonda ilk məşqini keçirdiyi vurğulanıb. O, komanda yoldaşlarından fərqli olaraq fərdi proqram üzrə məşq edib.
Qeyd edək ki, ingilis oyunçu noyabrın 11-də Premyer Liqanın 12-ci turunun “Luton”la matçında zədələnmişdi.
Əlavə edək ki, bu mövsüm Maunt "Mançester Yunayted"in heyətində 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib