9 may 2026. Şənbə

Meydanda ürəyi dayanan futbolçu səhhətindən danışdı

İngiltərə çempionatının 17-ci turunun “Bornmut”la oyununda ürək tutması keçirən “Luton Taun”un müdafiəçisi Tom Lokyer səhhəti haqda danışıb.


Meydanda ürəyi dayanan futbolçu səhhətindən danışdı

İngiltərə çempionatının 17-ci turunun “Bornmut”la oyununda ürək tutması keçirən “Luton Taun”un müdafiəçisi Tom Lokyer səhhəti haqda danışıb.

90deqiqe.az xəbər verir ki, bu barədə futbolçu jurnalist Fabritsio Romanoya açıqlama verib. O, həyatını xilas edən həkimləri heç vaxt unutmayacağını bildirib.

“Sadəcə demək istəyirəm ki, Bornmutda ürək tutmasından sonra özümü yaxşı hiss edirəm. Özümü bu qədər yaxşı hiss etməyimin səbəbi oyunçuların, işçilərin, həkimlərin və tibb işçilərinin qəhrəmancasına hərəkətləridir. Şükür edirəm ki, bütün bu qəhrəmanlar çətin anımda yanımda olublar. Onlar mənim həyatımı xilas etdilər. Mənim üçün etdiklərini heç vaxt unutmayacağam.

Oynamadığıma görə kədərlənsəm də, oğlanların mənsiz mübarizəni davam etdirməsinə baxmaqdan qürur duyuram. Onların son matçlarda gördüyüm mübariz ruhu mənə çox lazım olan ruh yüksəkliyi verdi. Məşqçiyə və kluba kömək etmək üçün əlimdən gələni edəcəyəm. Bunu hansı şəkildə edəcəyimi görmək qalır, çünki yeni ildə mütəxəssislərlə görüşməli olacağam”

 

 







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi