27 avqust 2026. Cümə axşamı

İşçisinə qarşı irqçilik etdi, işə polis qarışdı

Premyer Liqanın adı açıqlanmayan oyunçusu evində işləyən şəxsə irqçi davranışda ittiham olunduqdan sonra istintaqa cəlb olunub.


İşçisinə qarşı irqçilik etdi, işə polis qarışdı

Premyer Liqanın adı açıqlanmayan oyunçusu evində işləyən şəxsə irqçi davranışda ittiham olunduqdan sonra istintaqa cəlb olunub.

90deqiqe.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Məlumatda, seneqal əsilli 50 yaşlı konsyerjə qarşı irqçi ifadələr işlədən futbolçu həmin an sərxoş olduğu vurğulanıb. Zərərçəkmiş onun aqressiv şəkildə evin işçisindən mənzilinin açarlarını tələb etdiyini bildirib. Daha sonra futbolçunu nalayiq davranışına görə danladıqdan sonra idmançı 50 yaşlı kişiyə qarşı irqi söyüşlər etməyə başlayıb. Konsyerj futbolla maraqlanmadığı üçün əvvəlcə kimin onu təhqir etdiyini başa düşmədiyini vurğulayıb.

Hazırda polis faktla bağlı araşdırmaları davam etdirir.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın