16 aprel 2026. Cümə axşamı

Runi karyerasına fasilə verdi

İngilis mütəxəssis Ueyn Runi "Birmingem"in baş məşqçi postundan qovulması ilə bağlı fikirlərini bölüşüb.


Runi karyerasına fasilə verdi

İngilis mütəxəssis Ueyn Runi "Birmingem"in baş məşqçi postundan qovulması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı bir müddət karyerasına fasilə verdiyini bildirib.

“Futbol nəticəyə əsaslanan bir işdir. Etiraf edirəm ki, onlar mənim bəyənəcəyim səviyyədə deyildilər. Bununla belə bu bir məşqçinin sahib olduğu ən dəyərli resursdur və 13 həftənin lazım olan dəyişiklikləri görmək üçün kifayət olduğuna inanmıram. İndi bu uğursuzluğun öhdəsindən gəlmək üçün mənə bir az vaxt lazım olacaq. 16 yaşımdan peşəkar futbolda çalışıram, amma indi ailəmlə bir az vaxt keçirmək və məşqçilik səyahətimdə növbəti fürsətə hazırlaşmaq istəyirəm."Birmingem" və onun sahiblərinə ambisiyalarına çatmaqda ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, "Birmingem" Çempionşip cədvəlində 20-ci yerdədir. 







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”