5 may 2026. Çərşənbə axşamı

"Nyukasl"da ciddi itki

"Nyukasl"ın yarımmüdafiəçisi Coelinton zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.


"Nyukasl"da ciddi itki

"Nyukasl"ın yarımmüdafiəçisi Coelinton zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə ESPN Brasil məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu bud nahiyəsindən ciddi zədə alıb. Sağalma ilkin olaraq proqnozlaşdırılan daha böyük bir vaxt tələb edə bilər. Futbolçunun hətta əməliyyat da oluna bilər. Tezliklə cərrahi müdaxilənin zəruriliyi ilə bağlı qərar veriləcək.

28 yaşlı oyunçu 2019-cu ildən "Nyukasl"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi Premyer Liqa klubunda bütün turnirlərdə 23 oyun keçirib, üç qol və üç məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 42 milyon avrodur.

 







İngiltərə P.L.

“Tottenhem”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:59 03.05.2026
“Tottenhem”dən çətin qələbə