8 noyabr 2026. Bazar günü

“Mançester Siti”ni gözləyən çətin gülər

115 maliyyə cinayəti törətməkdə ittiham olunan "Mançester Siti"nin məhkəməsi gələn həftə başlayacaq.


“Mançester Siti”ni gözləyən çətin gülər

115 maliyyə cinayəti törətməkdə ittiham olunan "Mançester Siti"nin məhkəməsi gələn həftə başlayacaq.

90deqiqe.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Xatırladaq ki, Premyer Liqa “Mançester Siti”ni 9 mövsüm ərzində 100-dən çox maliyyə pozuntusunda ittiham etmişdi. İstintaq 2009-cu ildən 2018-ci ilin sonuna qədər olan dövrü əhatə edir. Xərclərin əksəriyyəti klubun gəlirləri və əməliyyat xərclərinə aiddir. Klubun maliyyə feyr-pley qaydalarını hansısa formada pozduğu iddia edilir.

“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Komanda 20 görüşdə 43 xal toplayıb. "Liverpul" isə 45 xalla liderdir. Onu da xatırladaq ki, əvvəllər maliyyə pozuntularına görə “Everton”dan 10 xal silinmişdi.
​







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”