13 oktyabr 2024. Bazar günü

“Mançester Siti” cəzalandırılacaq mı?

“Mançester Siti”nin keçmiş müşaviri Stefan Borson, maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə “Siti”nin necə cəzalandırıla biləcəyini izah edib.


“Mançester Siti” cəzalandırılacaq mı?

“Mançester Siti”nin keçmiş müşaviri Stefan Borson, maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə “Siti”nin necə cəzalandırıla biləcəyini izah edib.

90deqiqe.az xəbər verir ki, o, ittihamların təsdiqini tapacağı halda komandanın aşağıya liqaya düşməsini istisna etmədiyini deyib.

“Şübhə yoxdur ki, işə baxılması ən azı klubun aşağı liqaya salınması ilə nəticələnəcək. Təbii ki, ittihamlar sübuta yetirilərsə. Əgər belədirsə, o zaman bütün bu məsələ ciddi dönüş alacaq.“Mançester Siti”yə qarşı irəli sürülən ittihamların götürüləcəyinə inanıram. Belə hallarda ittiham tərəfinin çox, çox inandırıcı sübut bazası olmalıdır və mənə elə gəlir ki, bunlar müstəqil komissiyaya təqdim edilməyəcək"

Onu da xatırladaq ki, daha əvvəl 115 maliyyə pozuntusuna yol verdiyi iddia edilən “Mançester Siti” ilə bağlı dinləmələrin gələn həftə keçiriləcəyi bildirilirdi. Premyer Liqa “Mançester Siti”ni 9 mövsüm ərzində 100-dən çox maliyyə pozuntusunda ittiham edib. İstintaq 2009-cu ildən 2018-ci ilin sonuna qədər olan dövrü əhatə edir.







İngiltərə P.L.

"Qvardiola Premyer Liqada futbolu dəyişdi"
  • İngiltərə P.L.
  • 19:42 12.10.2024
"Qvardiola Premyer Liqada futbolu dəyişdi"
Coel Matip karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 16:24 12.10.2024
Coel Matip karyerasını başa vurdu