24 iyun 2026. Çərşənbə

Roy Hocsondan məğlubiyyət şərhi

“Kristal Pelas”ın baş məşqçisi Roy Hocson İngiltərə Premyer Liqasının 21-ci tur çərçivəsində “Arsenal”a (5:0) məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.


Roy Hocsondan məğlubiyyət şərhi

“Kristal Pelas”ın baş məşqçisi Roy Hocson İngiltərə Premyer Liqasının 21-ci tur çərçivəsində “Arsenal”a (5:0) məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, təcrübəli çalışdırıcı bu məğlubiyyətdən dolayı üzgün olduğunu və komandasının uğurlu mövsüm keçirmədiyini bildirib.

"Şübhəsiz ki, qaranlıq bir dövrdən keçirik. - Şübhəsiz ki, biz qaranlıq bir dönəmdən keçirik. Bu il sıçrayış olacağına ümid edirdik, amma alınmadı. Səbəblər var, amma o qədər də sadə deyil.Azarkeşlər güclü "Kristal Pelas" görmək istəyirlər - vacib olan budur”

76 yaşlı mütəxəssis Premyer Liqa klubu ilə müqaviləsi bu mövsümün sonuna qədər nəzərdə tutulub. Onun rəhbərliyi altında komanda bütün yarışlar daxil olmaqla 25 matça çıxıb və bu görüşlərdən  altısında qələbə qazanıb, yeddi görüş heç-heçə yekunlaşıb və on iki matçda isə meydanı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, "Kristal Pelas" turnir cədvəlində 20 xalla 15-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər