9 may 2026. Şənbə

"Çelsi" onu icarədən geri çağırdı

Yarımmüdafiəçi Çezare Kasadei "Çelsi"nin heyətinə qayıdıb.


"Çelsi" onu icarədən geri çağırdı

Yarımmüdafiəçi Çezare Kasadei "Çelsi"nin heyətinə qayıdıb. 

90deqiqe.az xəbər verir ki,  bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 2023-cü ilin yayından gənc italyan icarə əsasında “Lester”in uğurları üçün çalışırdı

Hazırda 21 yaşlı futbolçunun mövsümün sonuna qədər "zadəganlar"da qalacağı, yoxsa başqa icarəyə göndəriləcəyi bəlli deyil. İtaliyalı yarımmüdafiəçinin komanda da çoxlu sayda zədədən əziyyət çəkən oyunçular olduğundan “aristokratlar”ın əsas heyətinə cəlb olunması istisna edilmir.

Casadei 2022-ci ilin avqustunda 14,86 milyon avroya "İnter"dən "Çelsi"yə keçib.Bu mövsüm yarımmüdafiəçi "Lester"in heyətində bütün turnirlərdə 25 oyun keçirib və 3 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi