27 iyul 2024. Şənbə

"Midlsbro" ilə görüş mövsümün ən vacib oyunudur" - Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun yarımfinalında "Midlsbro" ilə cavab matçı öncəsi açıqlama verib.


"Midlsbro" ilə görüş mövsümün ən vacib oyunudur" - Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun yarımfinalında "Midlsbro" ilə cavab matçı öncəsi açıqlama verib.

90deqiqe.az xəbər verir ki, təcrübəli çalışdırıcı bu görüşün "aristokratlar" üçün mövsümün ən vacib oyunu olduğunu bildirib.

“Bu, mövsümün ən vacib oyunu olacaq, çünki finala çıxmaq təhlükə altındadır. Qələbə qazanmaq istəyiriksə, inandırıcı olmalıyıq. Günün sonunda bu, finala çıxmaq və turnirdə qalib gəlmək üçün bir fürsətdir. Bu təzyiqdir, amma yaxşı təzyiqdir. Mən bu cür çətinlikləri sevirəm. Düşünürəm ki, bu, bizim üçün çox vacib matçdır və şəxsən mən çox həyəcanlıyam. Amma biz kuboku xəyal edib Midlsbronu görməməzlikdən gələ bilmərik. Biz rəqiblərimizdən daha yaxşı olmalıyıq, bu, ən vacib şeydir."

Xatırladaq ki, İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda “Çelsi” səfərdə “Midlsbro”ya 0:1 hesabı ilə uduzmuşdu. Cavab oyunu bu gün, yanvarın 23-də baş tutacaq və Londonun Stamford Bric stadionunda keçiriləcək.







İngiltərə P.L.

Van Deykdən yeni müqavilə istəyi
  • İngiltərə P.L.
  • 12:00 24.07.2024
Van Deykdən yeni müqavilə istəyi
"Nyukasl" Hou ilə danışıqlar aparır
  • İngiltərə P.L.
  • 17:25 23.07.2024
"Nyukasl" Hou ilə danışıqlar aparır