8 sentyabr 2024. Bazar günü

Ferdinandın Mourinyo üçün arzuları

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand baş məşqçi Joze Mourinyonun gələcək karyera perspektivlərini dəyərləndirib.


Ferdinandın Mourinyo üçün arzuları

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand baş məşqçi Joze Mourinyonun gələcək karyera perspektivlərini dəyərləndirib.

90deqiqe.az xəbər verir ki, 45 yaşlı veteran futbolçu portuqaliyalı çalışdırıcını "Çelsi"də görmək istədiyini bildirib.

“Mən çox istərdim ki, Joze “Çelsi”yə qayıtsın. Poçettino uğursuz olarsa, onu təyin edin! Amma mənə elə gəlir ki, belə bir vəziyyət üçün heç bir şans yoxdur. "Çelsi"nin amerikalı sahibləri heç vaxt bununla razılaşmayacaqlar."Çelsi"də olmasaydı, Mourinyonu "Nyukasl"da görmək istərdim. Eyni zamanda, Eddie Hoyu əla iş görür, onun getməsini istəmirəm.Mourinyonu da İngiltərə yığmasına dəvət edərdim. Lakin Futbol Assosiasiyası Sautqeyti Mourinyona dəyişməz. Bu iki mütəxəssisin xarakterləri çox fərqlidir”

Xatırladaq ki, Mourinyonun “Roma”dan qovulması çərşənbə axşamı, yanvarın 16-da məlum olub. Portuqaliyalı 2021-ci ilin yayında Roma klubunu çalışdıracaq. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Qurdlar” Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.







İngiltərə P.L.

"Liverpul"un əfsanəvi futbolçusu vəfat edib
  • İngiltərə P.L.
  • 16:23 07.09.2024
"Liverpul"un əfsanəvi futbolçusu vəfat edib
"Ten Haq hər şeydə nizam-intizamı sevir”
  • İngiltərə P.L.
  • 15:36 07.09.2024
"Ten Haq hər şeydə nizam-intizamı sevir”
Zidan karyerasını bərpa edir?
  • İngiltərə P.L.
  • 14:45 07.09.2024
Zidan karyerasını bərpa edir?
"Liverpul" Luis Diazla bağlı qərar verib
  • İngiltərə P.L.
  • 20:43 04.09.2024
"Liverpul" Luis Diazla bağlı qərar verib
"Liverpul" Salahla bağlı qərar verdi
  • İngiltərə P.L.
  • 22:01 03.09.2024
"Liverpul" Salahla bağlı qərar verdi