15 iyul 2026. Çərşənbə

Broyanı Keynlə müqayisə etdi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino hücumçu Armando Broyanı "Bavariya"nın hücumçusu Harri Keynlə müqayisə edib.


Broyanı Keynlə müqayisə etdi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino hücumçu Armando Broyanı "Bavariya"nın hücumçusu Harri Keynlə müqayisə edib.

90deqiqe.az xəbər verir ki, argentinalı çalışdırıcı Broyanın oyun keyfiyyətlərini tərifləyib.

"Onun böyük potensialı var və əla hücumçu ola bilər. Mən onu həmişə Harri Keynlə müqayisə edirəm. Broya "Leyton" və "Norviç Siti"də icarədə oynadı və bu müddət ərzində çox şey öyrəndi. Bundan sonra "Çelsi"də oynamağa başladı və biz onun əsl potensialını görməyə başladıq."

Broya 2009-cu ildən "Çelsi"də top qovur. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm 22 yaşlı hücumçu bütün turnirlərdə 18 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalı albaniyalıya 28 milyon avro qiymət qoyub.

Xatırladaq ki, Harri Keyn “Tottenhem”də Poçettino rəhbərliyi altında çıxış edib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"