2 fevral 2026. Bazar ertəsi

Kloppun yerinə daha bir sürpriz namizəd

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso və "Brayton"un çalışdırıcısı Roberto De Zerbi "Liverpul"da Yurgen Kloppun yerinə əsas namizədlərdir.


Kloppun yerinə daha bir sürpriz namizəd

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso və "Brayton"un çalışdırıcısı Roberto De Zerbi "Liverpul"da Yurgen Kloppun yerinə əsas namizədlərdir.

90deqiqe.az "Sky Sports Italia"ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərləri alman çalışdırıcıya əvəzedici olaraq adıçəkilən mütəxəssisləri görür.

 Alonso 2004-09-cu illərdə “Liverpul”da forma geyinib.42 yaşlı çalışdırıcının Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bütün tunirlər daxil olmaqla məğlubiyyət üzü görməyən Xabinin komandası Bundesliqada 48 xalla turnir cədvəlinə başçılıq edir. 

De Zerbi 2022-ci ilin sentyabrında ""qağayılar""ın "sükanı arxasına" keçib və cari mövsümdə komanda 32 xalla Premyer Liqada yeddinci yerdədir.

Xatırladaq ki, Klopp mövsümün sonunda "Liverpul"u tərk etmək qərarını açıqlamışdı. Alman mütəxəssis bunu işini görmək üçün enerjisinin tükənməsi ilə izah edib.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə