8 noyabr 2026. Bazar günü

van Deyk "Liverpul"dan ayrılır? - özü açıqladı

Niderlandlı müdafiəçi Vircil van Deyk bu mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağı ilə bağlı açıqlama verib.


van Deyk "Liverpul"dan ayrılır? - özü açıqladı

Niderlandlı müdafiəçi Vircil van Deyk bu mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağı ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, 32 yaşlı futbolçu bununla bağlı hazırda bir şey deyə bilməyəcəyini bildirib.

"Bu yaxşı sualdır, amma mən hələ bilmirəm "Liverpul"da qalıb-qalmayacağımı.Mənim müqaviləmin bitməsinə 18 ay qalıb? Bəli, amma gələcəkdə nə olacağını bilmirəm. Komandanın çox işi var. Təkcə məşqçiyə yox, heyətə də əvəzləyici tapmaq lazımdır, çox şey dəyişəcək. Bu, rəsmi olaraq açıqlananda vəziyyətə baxacağıq. İndi bu barədə heç nə deyə bilmərəm."

Niderlandlı van Deyk 2017-ci ildə "Sauthempton"dan "Liverpul"a keçib.Onun komanda ilə hazırkı müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.O, bu mövsüm Mersisayd klubunun heyətində 23 matçda iştirak edib,1 qol vurub və 2 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”