9 may 2026. Şənbə

Azarkeşlər Kloppun getməyindən narahatdırlar?

"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandanı tərk etmək qərarına görə azarkeşlərin narahat olub-olmaması ilə bağlı açıqlama verib.


Azarkeşlər Kloppun getməyindən narahatdırlar?

"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandanı tərk etmək qərarına görə azarkeşlərin narahat olub-olmaması ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, alman mütəxəssis çox zaman azarkeşlərin qorxuları medianın düşündüyü qədər böyük olmadığını bildirib.

“Çox vaxt azarkeşlərin qorxuları medianın düşündüyü qədər böyük olmur. Düşünürəm ki, siz bizim azarkeşlərimizin IQ səviyyəsini aşağı qiymətləndirirsiniz. Sadəcə bilirlər ki, belə şeylər olur. Bu, tamamilə normaldır və hazırda narahat olmaq üçün heç bir şey yoxdur. Cari mövsüm gedir, bütün söhbətlər ancaq bu haqda ola bilər. Növbəti mövsümdə kimin baş məşqçi olacağı məlum olub-olmamasından asılı olmayaraq, bütün mövsümlərdə iş eynidir”, - deyə Kloppun “Liverpul”un rəsmi saytı sitat gətirib.

Xatırladaq ki, Klopp cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını yanvarın 26-da açıqlamışdı. O, açıqlamasında bu iş üçün artıq enerjisinin qalmadığını bildirib. Alman mütəxəssis 2015-ci ildən "Liverpul" klubuna rəhbərlik edir.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi