9 may 2026. Şənbə

Pep Qvardiola ayrılmağı düşünmür

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandadakı gələcəyi ilə bağlı açıqlama verib.


 Pep Qvardiola ayrılmağı düşünmür

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı əla mühitdə çalışdığını və hələ ki klubdan ayrılmağı düşünmədiyini bildirib.

"Bir məşqçinin xəyal edə biləcəyi hər şey məndə var.Rəhbərlik məni həmişə dəstəkləyir. Yeddi il ərzində bir çox oyunçu dəyişikliyi etdik, lakin onların hamısından güclü dəstək aldım. Əla mühitdir, ona görə də hər şeyim var.Özümü yaxşı hiss edirəm və əlbəttə ki, nə vaxtsa bitəcək, amma hazırda bu barədə düşünmürəm."

Qvardiola məşqçilik karyerasına “Barselona”da başlayıb. Xosep 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir, keçən mövsüm onun rəhbərliyi altında şəhər İngiltərə çempionatı, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi