6 dekabr 2025. Şənbə

Mourinyo yenidən "MY"ə qayıda bilər

Portuqaliyalı baş məşqçi Joze Mourinyo yenidən "Mançester Yunayted"i çalışdıra bilər.


Mourinyo yenidən "MY"ə qayıda bilər

Portuqaliyalı baş məşqçi Joze Mourinyo yenidən "Mançester Yunayted"i çalışdıra bilər.

90deqiqe.az "Daily Mail"ə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis İngiltərə klubunda yeni sahibi Cim Ratkliffin rəhbərliyi altında çalışmaq istəyir.

"Mourinyonun ambisiyası "Mançester Yunayted"ə qayıtmaqdır. Josenin yarım qalmış işləri var.O, geri qayıtmağı qarşısına məqsəd qoyub" - deyə, mənbənin yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Mourinyo 2016-2018-ci illərdə “qırmızı şeytanlar”la əməkdaşlıq edib. Bu müddət ərzində mentor mankunianları Avropa Liqasında, İngiltərə Liqa Kubokunda və İngiltərə Superkubokunda qələbəyə aparıb.

Mourinyonun "Roma"dan qovulması çərşənbə axşamı, yanvarın 16-da məlum olub. Portuqaliyalı 2021-ci ilin yayında Roma klubunu çalışdıracaq. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Qurdlar” Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.







İngiltərə P.L.

“Bornmut” matçı çətin olacaq"
  • İngiltərə P.L.
  • 23:27 05.12.2025
“Bornmut” matçı çətin olacaq"
“Fulhem”lə oyun artıq unudulub"
  • İngiltərə P.L.
  • 23:22 05.12.2025
“Fulhem”lə oyun artıq unudulub"
“Arsenal”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:17 05.12.2025
“Arsenal”da ciddi itki
“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi