15 iyul 2026. Çərşənbə

Poçettino Kaysedonu keçmiş ulduzlarla müqayisə etdi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino çıxışlarına görə tənqidlərə məruz qalan yarımmüdafiəçi Moises Kaysedo ilə bağlı açıqlama verib.


Poçettino Kaysedonu keçmiş ulduzlarla müqayisə etdi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino çıxışlarına görə tənqidlərə məruz qalan yarımmüdafiəçi Moises Kaysedo ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, argentinalı çalışdırıcı, 22 yaşlı futbolçuyu "Real"ın keçmiş yarımmüdafiəçiləri Zidan və Kaka ilə müqayisə edərək dəstəkləyib.

“Unutmayın ki, Zidan və Kaka “Real Madrid”ə keçəndə onlar üçün böyük pul ödənilmişdi. O vaxt Zidanın 26 və ya 27 yaşı var idi. Düşünürəm ki, ona özünü sübut etmək üçün yeddi-səkkiz ay lazım oldu, çünki ondan gözləntilər böyük idi və uyğunlaşma çətin idi.Moises mövsümöncəsi heç bir məşq etməyib, sonra millidə oynamağa gedəndə bəzi problemlərlə üzləşib. Çox şey onun komandaya uyğunlaşmasını gecikdirdi. Bütün bu hallar onun performansını bir qədər gecikdirir. Lakin şübhəsiz ki, o, İngiltərə Premyer Liqasının ən yaxşı yarımmüdafiəçilərindən biridir”, - deyə Poçettinodan sitat gətirib Daily Mail.

Xatırladaq ki, Kaysedo ötən yay “Brayton”dan “Çelsi”yə keçmişdi. Bu müddət ərzində o, effektli nəticə göstərmədiyi bütün turnirlərdə 26 qarşılaşmada iştirak edib. Ümumilikdə, ekvadorlu futbolçu meydanda 2002 dəqiqə keçirib.







İngiltərə P.L.

"Bu, mənim üçün ciddi sınaqdır"
  • İngiltərə P.L.
  • 23:27 13.07.2026
"Bu, mənim üçün ciddi sınaqdır"
Maykl Edvards yenidən "Liverpul"dan getdi
  • İngiltərə P.L.
  • 19:13 11.07.2026
Maykl Edvards yenidən "Liverpul"dan getdi
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
  • İngiltərə P.L.
  • 23:38 09.07.2026
Xabi Alonso "Çelsi"də ilk məşqini keçirdi
"Xabi Alonso bu futbolçuya güvənsin"
  • İngiltərə P.L.
  • 22:40 09.07.2026
"Xabi Alonso bu futbolçuya güvənsin"