- İngiltərə P.L.
- 21:07 24.11.2024
"Liverpul"un müdafiəçisi Vircil van Deyk və hücumçu Məhəmməd Salah karyeralarını komandada davam etdirə bilərlər.
90deqiqe.az xəbər verir ki, Mersisayd təmsilçisi adıçəkilən futbolçuları siyahıda saxlamaq üçün hər cür səy göstərməyi planlaşdırır.
İngiltərə klubunun rəhbərliyi yeni çalışdırıcının artıq əsas heyəti olan komandada işə başlamaq istəyəcəyi qənaətindədir.
Əvvəllər Salah və van Deykin bu mövsümün sonunda "Liverpul"un baş məşqçisi Yurgen Kloppun ardınca gedərək Mersisayd klubunu tərk edəcəyi bildirilirdi.
Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb.
Niderlandlı van Deyk 2017-ci ildə "Sauthempton"dan "Liverpul"a keçib.Onun komanda ilə hazırkı müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.O, bu mövsüm Mersisayd klubunun heyətində 25 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Misirli Məhəmməd Salah isə 2017-ci ildə "Roma"dan "Liverpul"a keçib.31 yaşlı forvardın komanda ilə hazırkı müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub Salah, bu mövsüm komandanın heyətində 27 matçda iştirak edib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.