- İngiltərə P.L.
- 22:44 01.02.2026
"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi karyerası ərzində ən yaxşı hücum tərəfdaşı ilə bağlı sualı cavablandırıb.
90deqiqe.az xəbər verir ki, Runi, argentinalı Tevezlə bir-birlərini yaxşı tamamladıqlarını bildirib.
“Tevez. Əlaqəmizdən həzz alırdım. Düzünü desəm, bir-birimizi çox yaxşı tamamlayırdıq. Adətən, Luis Saha, Ruud van Nistelrooy və ya Robin van Persie ilə oynasaydım, bu hücumçular həmişə doqquz nömrə kimi oynayardılar və mənə on nömrə mövqeyi verilərdi. Tevezlə rotasiya edə bilərdik, mən “doqquz”u oynaya bilərdim, o, isə “onluq”un yerini əvəz edə bilərdi və ya əksinə. Topu itirəndə onu geri almağa çalışan iki öküz kimi idik. HHücum partnyoru kimi o, mənimlə oynamaqdan ən çox həzz aldığım biri idi." - Sport Bible Runidən sitat gətirir:
38 yaşlı keçmiş hücumçu Ueyn Runi 2004-cü ilin yayından 2017-ci ilin yayına kimi "Mançester Yunayted"də çıxış edib. 39 yaşlı argentinalı sabiq hücumçu Karlos Teves 2007-ci ilin avqustundan 2009-cu ilin iyununa kimi "qırmızı şeytanlar"da çıxış edib.