- İngiltərə P.L.
- 23:35 04.05.2026
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq titulu uğrunda mübarizədən danışıb.
90deqiqe.az xəbər verir ki, belçikalı oyunçu "şəhərlilər"in eyni vaxtda beş komanda ilə mübarizə apardığını bildirib.
“Cədvəldəki sıxlıq yüksəkdir. "Liverpul" və "Arsenal" var, amma hətta deyərdim ki, "Tottenhem" və "Aston Villa" da var. Hazırda biz eyni vaxtda beş komanda ilə mübarizə aparırıq. Amma bir neçə aydan sonra nə baş verəcəyini düşünmək hələ tezdir, hər oyunda qalib gəlmək və prosesdən həzz almaq lazımdır”
Bu mövsüm Premyer Liqanın 23 turundan sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. “Mançester Siti” ikinci yerdədir (49 xal), lakin şəhər bir oyun az keçirib. İlk üçlüyü “Arsenal” qapayır (49 xal).