8 noyabr 2026. Bazar günü

Van Persi "Mançester Yunayted" haqda danışıb


Van Persi "Mançester Yunayted" haqda danışıb

Niderlandlı keçmiş hücumçu Robin van Persi sabiq komandası "Mançester Yunayted"dəki çıxışı ilə bağlı xatirələrini bölüşüb.

90deqiqe.az xəbər verir ki,  40 yaşlı veteran futbolçu "qırmızı şeytanlar"dakı çıxışını inanılmaz təcrübə olduğunu bildirib.

"Karyeramın gedişatından razıyam. "Yunayted"lə Premyer Liqanın qalibi oldum. Ən böyük məşqçinin rəhbərliyi altında çalışaraq bu komanda üçün çoxlu qollar vurdum. İnanılmaz komanda yoldaşlarım var idi. Azarkeşlər bizi çılğınlıqla dəstəklədilər.Bu, mənim üçün mükəmməl təcrübə idi”

Xatırladaq ki, hollandiyalı hücumçu 2012-2015-ci illərdə “qırmızı şeytanlar”ın rənglərini qoruyub. Van Persi komanda ilə birlikdə İngiltərə çempionu və Superkubokun qalibi olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”