9 may 2026. Şənbə

"Mançester Siti" bu mövsüm də trebl edə biləcək? - Qvardiola açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının ardıcıl ikinci mövsüm trebl qazanmaq şansı ilə bağlı açıqlama verib.


"Mançester Siti" bu mövsüm də trebl edə biləcək? - Qvardiola açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının ardıcıl ikinci mövsüm trebl qazanmaq şansı ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, ispan çalışdırıcı belə bir uğura imza atmağın nağıl olduğunu bildirib.

“Bu, nağıldır, dostlarım. Əvvəlcə “Everton”u məğlub etməliyik. Mən deyərdim ki, 99,9% ehtimalla ardıcıl ikinci trebl qazanmayacağıq, çünki heç vaxt, heç vaxt, heç vaxt heç bir komanda bunu bacarmayıb”

Qvardiola 7 ildir (2016-cı ildən) “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda beş dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə kuboku və Superkubok, bir dəfə Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

Bu mövsüm Premyer Liqanın 23 turundan sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. “Mançester Siti” ikinci yerdədir (49 xal), lakin şəhər bir oyun az keçirib. İlk üçlüyü “Arsenal” qapayır (49 xal).







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi